Kriminal

Bakıda taksidən 9300 manatlıq qızıl oğurlandı

06 Jul 2026, 15:28 1 baxış
Bakıda taksidən 9300 manatlıq qızıl oğurlandı
Bakıda avtomobildən külli miqdarda qızıl oğurlanıb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Rayon ərazisində taksi fəaliyyəti göstərən BYD markalı avtomobildən 9 300 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, T.Hacıyev müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin əyləşdiyi taksidə özündən əvvəlki müştərinin unutduğu qızılları oğurladığı məlum olub. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər