İdman
"Qarabağ"ın sabiq futbolçusu millimizin üzvü ilə komanda yoldaşı ola bilər
"Qarabağ"ın sabiq futbolçusu Sami Mmaenin növbəti dayanacağının Kipr olacağı ehtimal edilir. Oxu.Az xəbər verir ki, Kiprin "Pafos" klubu mərakeşli mərkəz müdafiəçisinin xidmətində yaxından maraqlanır. Qeyd edək ki, 29 yaşlı müdafiəçi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına məxsusdur. O, geridə qalan mövsümü icarə əsasında məhz "Qarabağ"ın heyətində keçirib. Xatırladaq ki, "Pafos" ötən ay da diqqətləri ölkəmizə yönəltmiş və Azərbaycanın U-21 millisinin gənc üzvü Murad Məmmədovu öz heyətinə qatmışdı.
Mənbə
oxu.az