İdman

Dünya çempionatında 40 illik həsrət: Meksikanın "quinto partido" LƏNƏTİ

06 Jul 2026, 14:20 1 baxış
Dünya çempionatında 40 illik həsrət: Meksikanın "quinto partido" LƏNƏTİ
Meksika millisinin dünya çempionatlarındakı "quinto partido" ("beşinci oyun") həsrəti bu dəfə də sona çatmadı. Oxu.Az xəbər verir ki, DÇ-2026-nın 1/8 final mərhələsində İngiltərə ilə üz-üzə gələn Meksika dramatik keçən qarşılaşmada 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Bununla da Meksika yığması növbəti dəfə 1/4 finala yüksəlmək fürsətini əldən verib. Ölkə futbolunda illərdir "quinto partido" adlandırılan lənət davam edir. Bu ifadə Meksikanın dünya çempionatında dörd oyundan sonra beşinci matça - yəni 1/4 finala çıxa bilməməsini simvolizə edir. Meksika mundial tarixində ən böyük uğurlarını 1970 və 1986-cı illərdə - hər iki turnirə ev sahibliyi etdiyi vaxt əldə edib. Komanda həmin dünya çempionatlarında 1/4 finala qədər irəliləməyi bacarıb. Lakin bundan sonra 1/8 final mərhələsi Meksika üçün keçilməz səddə çevrilib. 1994-2018-ci illər arasında keçirilən yeddi ardıcıl dünya çempionatında qrup mərhələsini adlayan Şimali Amerika təmsilçisi hər dəfə ilk pley-off oyununda məğlub olub. DÇ-2026-da yenidən pley-offa vəsiqə qazanan Meksika millisi 1/16 finalda Ekvadoru 2:0 hesabı ilə məğlub etsə də, 1/8 finalda İngiltərə səddini aşa bilməyən komanda "quinto partido" lənətinə bu dəfə də son qoya bilmədi. Beləliklə, Meksikanın dünya çempionatlarında 1/4 final həsrəti artıq 40 ili geridə qoyur.
Mənbə oxu.az

Oxşar Xəbərlər