İdman

Holanddan maraqlı cavab: "25 yaşım var, məni qınaya bilməzsiniz" - VİDEO

06 Jul 2026, 10:36 3 baxış
Holanddan maraqlı cavab: "25 yaşım var, məni qınaya bilməzsiniz" - VİDEO
Norveç millisinin ulduz hücumçusu Erlinq Holand Braziliya yığmasına qarşı qazanılmış möhtəşəm qələbədən (2:1) sonra diqqətləri yenidən üzərinə çəkib. Oxu.Az xəbər verir ki, matçın ardınca geyinib-soyunma otağına yollanan futbolçu burada ölkənin gələcək kraliçası, 22 yaşlı şahzadə İnqrid Aleksandra və onun 20 yaşlı qardaşı şahzadə Sverre Maqnus ilə görüşüb. Braziliya ilə qarşılaşmada vurduğu iki qolla matçın ən yaxşısı seçilən Holand fərdi göstəricilərini də daha yüksək səviyyəyə çatdırıb. O, hesabındakı qolların sayını 7-yə çatdıraraq bombardirlər siyahısında dünya futbolunun ulduzları Lionel Messi və Kilian Mbappe ilə birlikdə liderlər sırasına yüksəlib. Möhtəşəm oyundan sonra jurnalistlərin suallarını cavablandıran hücumçu bu tarixi qələbəni öz ölkəsində, azarkeşlərlə birlikdə qeyd etmək arzusunda olduğunu xüsusi vurğulayıb: "Kaş mən də o küçələrdə olardım, bu coşquya qatılardım. Hər kəs bundan həzz almalıdır. Bütün Norveç sevinməlidir. Bu, Norveç tarixinin ən çılğın günlərindən biridir. Sadəcə dadını çıxarmaq lazımdır, çünki bu, həqiqətən də inanılmazdır". Jurnalistlərdən birinin Norveçin 28 ildir dünya çempionatından kənarda qalması ilə bağlı verdiyi suala Holand zarafatyana, eyni zamanda maraqlı reaksiya verib. Ulduz futbolçu bu uzunmüddətli fasiləyə görə məsuliyyət daşımadığını bildirərək, deyib: "Mənim 25 yaşım var, buna görə məni qınaya bilməzsiniz".

Qeyd edək ki, Erlinq Holand Norveç yığmasının heyətində ardıcıl 14 oyundur ki, rəqib qapılarına yol tapmağı bacarır. Ümumilikdə isə o, milli komanda forması ilə meydana çıxdığı 54 qarşılaşmada 62 qola imza ataraq möhtəşəm statistika nümayiş etdirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər