Kriminal
İsmayıllıda mikroavtobus qəzaya uğradı, yaralılar var
İsmayıllı rayonunda mikroavtobus qəzaya uğrayıb. Oxu.Az-ın məlumatına görə, hadisə ötən gecə baş verib. Rayon sakini Səməd Qurbanov "Mercedes Vito" markalı avtomobilin idareəetməsini itirib və avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər - 1988-ci il təvəllüdlü Elman Şıxamirov və 1985-ci il təvəllüdlü Ələddin Turacov ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az