İdman
Messi jurnalistlə olan eşq şayiələrini ilk dəfə şərh etdi
Argentina millisinin hücumçusu Lionel Messi jurnalist Sofi Martineslə bağlı yayılan eşq şayiələrinə ilk dəfə açıq münasibət bildirib. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. "Əgər kiməsə baxıramsa, insanlar soruşurlar niyə. Əgər kiməsə salam verirəmsə, yenə soruşurlar niyə", - deyə Messi zarafatla bildirib. Jurnalist Sofi Martines isə iddiaları təkzib edərək, "Bunların hamısı yalandır", - deyib. Martines həmçinin bildirib ki, futbolçunun həyat yoldaşı Antonella ona şəxsi mesaj yazaraq mediada və sosial şəbəkələrdə yayılan şayiələrə məhəl qoymamağı xahiş edib. Qeyd olunub ki, şayiələr 2022-ci il dünya çempionatının yarımfinalında Xorvatiya ilə keçirilən oyundan sonrakı müsahibədən sonra yayılmağa başlayıb. Jurnalist daha əvvəl də bu iddiaları təkzib edib və bunun ailəsi üçün xoşagəlməz vəziyyət yaratdığını bildirib. Messi 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Kabo-Verde ilə keçirilən oyunda da fərqlənib. Onun vurduğu qol karyerasında 918-ci olub. Hazırda argentinalı ulduz karyerasında 976 qol vuran Kriştiano Ronaldo ilə məhsuldarlıq yarışını davam etdirir. 39 yaşlı futbolçu peşəkar karyerası ərzində 1 160 oyunda meydana çıxıb.
Mənbə
oxu.az