İdman
Neymar gözyaşları içində Braziliya millisi ilə vidalaşdı
DÇ-2026-nın 1/8 final mərhələsində Norveçə məğlub olaraq turnirlə vidalaşan Braziliya millisinin ulduz futbolçusu Neymar milli komanda karyerasını başa vurduğunu açıqlayıb. Oxu.Az bu barədə "Haber Global"a istinadən xəbər verir. Norveçə məğlubiyyətdən sonra gözyaşlarına boğulan Neymar bildirib: "Yoxladım, yoxladım. Elə bu stadionda başlamışdım, burada buraxıram. Bitdi". Qeyd edək ki, 34 yaşlı Neymar Braziliya millisinin tarixində ən çox qol vuran futbolçudur. Millidə keçirdiyi 130 qarşılaşmada futbolçu rəqib qapılarına 80 qol vurub, 59 məhsuldar ötürmə edib.
Mənbə
oxu.az