İdman

FİFA ABŞ millisinin futbolçusuna güzəşt etdi

05 Jul 2026, 22:33 1 baxış
FİFA ABŞ millisinin futbolçusuna güzəşt etdi

Dünya çempionatının 1/16 final mərhələsinin Bosniya və Herseqovina ilə matçında qırmızı vərəqə alan ABŞ millisinin futbolçusu Folarin Baloqan Belçika yığmasına qarşı 1/8 final matçında meydana çıxa biləcək.


Axar.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun 1 oyunluq diskvalifikasiyası dayandırılıb. Forvarda 1 illik sınaq müddəti təyin edilib.


Baloqan Bosniya və Herseqovinaya 2:0 hesabı ilə qalib gəldikləri görüşdə rəqib futbolçu Tarik Muharemoviçin topuğuna açıq ayaqla zərbə endirdiyi üçün meydandan qovulmuşdu.


Qeyd edək ki, ABŞ – Belçika oyunu iyulun 7-də keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər