Kriminal
Qazaxda taxıl sahəsində yanğın olub - VİDEO
Qazax rayonu, Aslanlı kəndində taxıl sahəsində yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi yanğın ətraf ərazilərə yayılmasına, o cümlədən yaxınlıqda yerləşən fermaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 1 ha sahədə biçilməmiş, 7 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Biçilməmiş taxıl sahələri, o cümlədən yaxınlıqda yerləşən ferma yanğından mühafizə olunub.

Mənbə
oxu.az