İdman
Azərbaycanda yeni güləş zalları istifadəyə verilib - FOTO - VİDEO
Azərbaycan Güləş Federasiyasının (AGF) regionlarda güləşin inkişafı və idman infrastrukturunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər davam edir. Oxu.Az xəbər verir ki, bu barədə AGF məlumat yayıb.
Bildirilib ki, bu fəaliyyətin tərkib hissəsi olaraq, Qazax rayonunun Daş Salahlı kəndində sərbəst güləş zalı istifadəyə verilib. Daş Salahlı 1 nömrəli tam orta məktəbin 2006-cı il məzunlarının maddi dəstəyi ilə inşa edilən və Azərbaycan Güləş Federasiyası tərəfindən güləş xalçası və digər zəruri idman avadanlıqları ilə təchiz edilmiş bu idman ocağında 120-yə yaxın yeniyetmə güləşin sirlərinə yiyələnir. İyulun 3-də güləş zalının açılış mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, AGF-nin baş katibi Pərvin Piriyev, AGF-nin Etika və İntizam Komitəsinin üzvü Firdovsi Umudov, U17 milli komandasının böyük məşqçisi Hacı Əliyev, Qərb bölgəsinin idman ictimaiyyətinin nümayəndələri, məşqçilər, veteran güləşçilər və kənd sakinləri iştirak ediblər. Güləş zalında yaradılmış şəraitlə tanış olan qonaqlar yeniyetmə güləşçilərlə söhbət edib, onlara öz tövsiyələrini çatdırıblar. Bildirilib ki, yeni idman obyekti regionda güləşin inkişafına, uşaq və yeniyetmələrin sağlam həyat tərzinə cəlb olunmasına, gələcək çempionların yetişməsinə mühüm töhfə verəcək. Dövlətin idmana göstərdiyi diqqət və qayğı, eləcə də Azərbaycan Güləş Federasiyasının bölgələrdə idman infrastrukturunun inkişafına yönəlmiş fəaliyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, Qazaxın 2026-cı il üçün Azərbaycanın İdman paytaxtı elan edilməsi rayonda idmanın inkişafına yeni təkan verib. Daş Salahlıda istifadəyə verilən yeni güləş zalı da bu əlamətdar il çərçivəsində idman infrastrukturunun genişləndirilməsinə, gənc nəslin sağlam həyata təşviqinə və idmana cəlbinə xidmət edən mühüm layihələrdən biridir. Tədbirdə İslam Həmrəyliyi Oyunlarının mükafatçısı, Daş Salahlı güləş zalında məşqçi-müəllim kimi fəaliyyət göstərən Əsgər Məmmədəliyevin rəhbərliyi ilə nümunəvi məşq keçirilib. Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Hacı Əliyevin iştirakı ilə imza mərasimi də təşkil olunub.
Bundan başqa, 2025-ci il noyabrın 1-də Mərkəzi Ordu İdman Klubunun (MOİK) təşəbbüsü ilə Mingəçevir şəhərində yerləşən 18 nömrəli tam orta məktəbdə yaradılmış sərbəst güləş bölməsinin zalı ötən gün istifadəyə verilib. Klub tərəfindən təyin edilmiş məşqçi-müəllim Anar Bayramovun rəhbərliyi altında qısa müddət ərzində məşq edən yeniyetmə və gənclərin sayı 100 nəfərə çatıb. Azərbaycan Güləş Federasiyası tərəfindən güləş xalçası hədiyyə edilən, həmçinin digər zəruri idman avadanlıqları ilə təchiz olunan zal iyulun 4-də rəsmi olaraq istifadəyə verilib. Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Mərkəzi Ordu İdman Klubunun rəisi Vüqar Əsgərov, AGF-in vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, AGF-in baş katibi Pərvin Piriyev, AGF-in Etika və İntizam Komitəsinin üzvü Firdovsi Umudov və Mərkəzi Aran bölgəsinin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Güləş zalında yaradılmış şəraitlə tanış olan qonaqlar idmançılarla söhbət edib, onlara öz tövsiyələrini çatdırıblar. Bildirilib ki, Mingəçevir idman potensialı yüksək olan şəhərdir. Burada gələcəkdə idman infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
{{gallery}}

Mənbə
oxu.az