Kriminal

Van Dammın Vəndamdakı heykəli yerinə qaytarıldı - Video

05 Jul 2026, 16:14 3 baxış
Van Dammın Vəndamdakı heykəli yerinə qaytarıldı - Video

Məşhur amerikalı aktyor Jan-Klod Van Dammın Qəbələ rayonunun Vəndam kəndindəki heykəli əvvəlki yerinə qaytarılıb.


Kult.az xəbər verir ki, bu barədə jurnalist Şakir Eminbəyli öz sosial media hesabında məlumat verib.


Qeyd edək ki, heykəltaraş Azad Əliyevin müəllifi olduğu heykəl Vəndam kəndində bir neçə il bundan qabaq ucaldılıb.


Abidə 2 il əvvəl təmir işlərinə görə ərazidən götürülmüşdü.

Mənbə axar.az

Oxşar Xəbərlər