İdman
Denzel Dumfris "Real Madrid"ə keçdi - RƏSMİ
İtaliyanın "İnter" futbol klubunun sağ cinah müdafiəçisi Denzel Dumfris "Real Madrid" klubuna transfer olunub. Oxu.Az bu barədə Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir. Niderlandlı futbolçu ilə 30 iyun 2030-cu ilədək müqavilə imzalanıb. Daha əvvəl mətbuatda "kral klubu"nun 30 yaşlı oyunçunun keçidi üçün 20 milyon avro ödəyəcəyi barədə xəbərlər yayılmışdı.
Mənbə
oxu.az