İdman

Mbappe yeni rekorda imza atdı

05 Jul 2026, 13:03 3 baxış
Mbappe yeni rekorda imza atdı

Futbol üzrə Fransa millisinin hücumçusu Kilian Mbappe yeni rekorda imza atıb.


Axar.az xəbər verir ki, o, ardıcıl üç dünya çempionatının (2018, 2022 və 2026) 1/8 final mərhələsində qol vuran ilk futbolçu olub.


Forvard ötən gecə Paraqvayla matçın 70-ci dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirib. Həmçinin o, dünya çempionatlarının pley-off mərhələsində vurduğu qolların sayını 11-ə çatdıraraq bu göstərici üzrə rekordunu daha da yaxşılaşdırıb.


Qeyd edək ki, Fransa 1/4 finalda Mərakeşlə üz-üzə gələcək.

Mənbə axar.az

Oxşar Xəbərlər