Digər

Moskvada təhlükə: Sakinlərə ciddi xəbərdarlıq edildi

05 Jul 2026, 13:42 2 baxış
Moskvada təhlükə: Sakinlərə ciddi xəbərdarlıq edildi

Rusiyanın paytaxtındakı hava limanlarında iyulun 5-i səhər saatlarında 20-yə yaxın reys gecikib.


Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, buna səbəb Moskva vilayətində pilotsuz uçuş aparatları (PUA) təhlükəsinin elan olunmasıdır.


Məlumata görə, ümumilikdə Moskvadan yola düşməli olan 18 reys gecikib.


Onlardan 5-i Vnukovo, 5-i Domodedovo, 8-i isə Şeremetyevo hava limanının payına düşür.


Bundan başqa, bəzi reyslər ləğv edilib.


Moskva vilayətinin Fövqəladə Hallar üzrə Vahid Dövlət Sistemi (RSÇS) sakinlərə evdə qalmağı, pəncərələrə yaxınlaşmamağı tövsiyə edib.


Küçədə və ya nəqliyyat vasitəsində olanlara isə ən yaxın binaya və ya yeraltı keçidə sığınmaq məsləhət görülüb.


Həmçinin mobil internetin fəaliyyətində fasilələrin yarana biləcəyi barədə xəbərdarlıq edilib.


Qeyd edək ki, iyulun 4-dən 5-nə keçən gecə Rusiya ərazisi üzərində Ukraynaya məxsus olduğu bildirilən 71 təyyarə tipli pilotsuz uçuş aparatının vurulduğu açıqlanıb. PUA-ların bir hissəsinin Belqorod, Rostov və Bryansk vilayətləri üzərində, qalanlarının isə Qara dəniz akvatoriyası və Krım üzərində zərərsizləşdirildiyi bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər