Digər

Qəzzada HƏMAS-ın 2 komandiri öldürüldü

05 Jul 2026, 14:19 3 baxış
Qəzzada HƏMAS-ın 2 komandiri öldürüldü

Qəzza zolağında həyata keçirilən hava zərbələri nəticəsində HƏMAS-ın iki üzvü məhv edilib.


Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.


“Zərbələr zamanı HƏMAS-ın “Nuxba” xüsusi qüvvələrinin tağım komandiri Məhəmməd Nəcib Aşur və təşkilatın hərbi qanadına bağlı bölmənin komandiri Tamer Səid Əbu Nəhal öldürülüb.


Hər iki şəxs İsrail hərbçilərinə qarşı hücumların hazırlanmasında iştirak edirdi və qoşunlar üçün təhlükə yaratdığına görə dəqiq zərbələrlə zərərsizləşdirilib”, - məlumatda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər