Digər
Avropa Türkiyə kondisionerinə möhtac qaldı
Avropanı bürüyən güclü istilər kondisionerlərə tələbatı kəskin artırıb. Nəticədə Fransa və Almaniya kimi ölkələrdə kondisioner ehtiyatları demək olar ki, tükənib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, həmin ölkələr Türkiyədəki istehsalçılara mümkün qədər çox kondisioner üçün təcili sifarişlər verirlər.
Türkiyə şirkətləri bildirirlər ki, ixrac sürətlə artır və yaxın dövrdə tələbatın 100 mindən çox kondisionerə çatacağı gözlənilir.
Mənbə
axar.az