Digər

Klopp Almaniya millisinə baş məşqçi gətirilir

05 Jul 2026, 14:46 3 baxış
Klopp Almaniya millisinə baş məşqçi gətirilir

Yürgen Klopp Almaniya milli komandasının yeni baş məşqçisi olmağa razılıq verib.


Axar.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano özünün X səhifəsində məlumat yayıb.


Məlumata görə, tərəflər razılıq əldə ediblər. Uzunmüddətli müqavilənin detalları, layihənin son şərtləri və Kloppun “RB Qrup”dakı vəzifəsindən ayrılması ilə bağlı məsələlər isə hələ müzakirə olunur.


Bununla yanaşı, “RB Qrup” Kloppun mümkün əvəzləyicisi kimi Oliver Qlasnerin namizədliyini nəzərdən keçirsə də, avstriyalı mütəxəssis “Nottingem Forest” ilə müqavilə imzalayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər