Digər
ABŞ-da atəşfəşanlıq: Nyu Yorkun məşhur körpüsü yandı - Video
ABŞ-ın Nyu York şəhərində Müstəqillik Günü münasibətilə keçirilən atəşfəşanlıq zamanı Bruklin körpüsündə yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Post” məlumat yayıb.
Məlumata görə, atəşfəşanlıq üçün quraşdırılmış platformalar alovlanıb. Körpünün özü zədələnməyib və nəqliyyat üçün təhlükəsiz olaraq qalır.
Yanğın hadisə yerinə gələn iki yanğınsöndürmə briqadası tərəfindən söndürülüb.
Mənbə
axar.az