Siyasət
Paşinyan: "Yeni konstitusiyasının qəbul edilməsi gündəmimizdədir"
"Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi hakim Vətəndaş Müqaviləsi Partiyasının gündəmində qalmaqdadır". Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində bəyan edib. "Seçkinin nəticələrinə əsasən formalaşmış çoxluğun seçkiqabağı proqramına yeni konstitusiyanın qəbulu gündəliyi də daxildir", - deyə o bildirib. Paşinyanın sözlərinə görə, konstitusiyanın əsas əhəmiyyəti hüquq qaydasının, konstitusiya quruluşunun bərqərar olmasından, habelə "bu quruluşun xalqla üzvi bağlılığının təmin edilməsindən" ibarətdir.
Mənbə
oxu.az