İdman
DÇ-2026: Fransa - Paraqvay oyunundan sonra qalmaqal yaşanıb - VİDEO
DÇ-2026-nın 1/8 final mərhələsinin Fransa - Paraqvay matçı başa çatdıqdan sonra fransalı hücumçu Kilian Mbappe ilə Paraqvay millisinin qapıçısı Orlando Xil arasında münaqişə baş verib. Oxu.Az Gazeta.ru saytına istinadən xəbər verir ki, oyundan dərhal sonra Mbappe Xilin əlini sıxmaqdan imtina edib.
Cavabında paraqvaylı qapıçı emosional reaksiya verib və komanda yoldaşlarının yanına gedən Mbappenin kürəyinə top atıb. Lakin hadisənin kütləvi davaya çevrilməsinin qarşısı alınıb, komanda rəsmiləri və digər futbolçular oyunçuları tez bir zamanda sakitləşdiriblər. Xatırladaq ki, qarşılaşma Fransa yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə
oxu.az