İdman

Bir hakimin qərarı oyunun taleyini necə dəyişir? - FIFA referisi Gülnurə Əkbərzadə "TOP-al" podkastında - VİDEO

05 Jul 2026, 11:48 3 baxış
Bir hakimin qərarı oyunun taleyini necə dəyişir? - FIFA referisi Gülnurə Əkbərzadə "TOP-al" podkastında - VİDEO
Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışında FIFA referisi Gülnurə Əkbərzadə qonaq olub. Verilişdə dünya çempionatlarında hakimlərin üzləşdiyi təzyiq, müasir futbolda VAR sisteminin rolu, qadın hakimlərin inkişaf yolu və hakimlik peşəsinin görünməyən tərəfləri ətrafında maraqlı müzakirələr aparılıb.

Podkast zamanı "Dünya çempionatını hakim gözü ilə izləmək necə hissdir?", "VAR futbolu həqiqətən daha ədalətli edibmi?" və "Qadın hakimlər meydanda hansı çətinliklərlə üzləşirlər?" kimi aktual suallara cavab axtarılıb. Həmçinin hakimlərin matçlara psixoloji və fiziki hazırlığı, saniyələr ərzində qəbul edilən qərarların məsuliyyəti, FIFA referisi olmağın tələbləri və dünya çempionatında hakimlik etməyin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Qeyd edək ki, "TOP-al" podkastının növbəti buraxılışlarında da Azərbaycan idmanının tanınmış simalarının iştirakı ilə maraqlı müzakirələr davam edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər