Digər
Şimali Koreya yeni esminesində raket sınağını keçirdi
Şimali Koreya yeni "Kanq Qon" esminesindən qanadlı raketlərin sınağını keçirib.
Axar.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Məlumata görə, sınaqlara Şimali Koreya lideri Kim Çen İn nəzarət edib.
Bildirilib ki, sınaqlardan sonra Kim Çen İn esminesdə bütün sınaqların iki ay ərzində başa çatdırılmasını və Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsini əmr edib.
Mənbə
axar.az