Digər
Rusiyanın daha bir şəhərində benzin bitdi
Çitanın yanacaqdoldurma məntəqələrində benzin bitib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, artıq şəhərin “Kors”, BRK və “Neftemarket” yanacaqdoldurma mənqətələri şəbəkələrində benzinin olmadığı bildirilir.
Benzinin olmadığı stansiyalarda sürücülər növbəti günlər üçün növbəyə yazılıblar.
Qeyd edək ki, bütün Rusiya ərazisində yanacaq çatışmazlığı yaranıb. Bir müddət öncə Novorossiysk şəhərində də benzinin bitdiyi barədə məlumatlar yayılmışdı.
Mənbə
axar.az