Cəmiyyət
Zərdabda su arxında meyit tapılıb
Zərdab sakininin su arxından meyiti tapılıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az