Digər
Ruslar "Şahid"lərdən niyə azad istifadə edir? - Səbəb
Son vaxtlar Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi "Şahid" PUA-larının sayı azalmağa başlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Unian” nəşri məlumat yayıb.
Analitiklərin fikrincə, bu azalma Ukraynanın Hava Hücumundan Müdafiə (HHM) sisteminin effektivliyinin artması nəticəsində baş verib.
Qeyd olunur ki, iyun ayının ikinci yarısında istifadə edilən dronların sayının azalması ilə yanaşı, Ukraynanın ələ keçirdiyi dronların faizi də əhəmiyyətli dərəcədə azalıb.
Bu rusların "Şahid"in reaktiv mühərrikli versiyalarından getdikcə daha çox istifadə etməsi ilə əlaqədardır. Onların sayı hələ də az olsa da, ələ keçirmək çox çətindir.
Mənbə
axar.az