İdman

Mbappe dünya çempionatlarının tarixinə düşdü

05 Jul 2026, 09:24 2 baxış
Mbappe dünya çempionatlarının tarixinə düşdü
Fransa millisinin hücumçusu Kilian Mbappe üç fərqli dünya çempionatının pley-off mərhələlərində ən azı üç qol vuran ilk futbolçu olub. Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir. Mbappe DÇ-2026-nın 1/8 finalında Paraqvay yığması ilə matçın (1:0) 70-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirməklə fərqlənib. Bu qol onun hazırkı dünya çempionatında 7-ci, cari turnirin pley-off mərhələsində isə 3-cü qolu olub. O, bundan əvvəl 1/16 finalda İsveç millisinin qapısına iki qol vurmuşdu (3:0). Qeyd edək ki, Mbappe 2018-ci il dünya çempionatının pley-off mərhələsində üç qol (1/8 finalda Argentinaya iki, finalda Xorvatiyaya bir qol), DÇ-2022-də isə beş qol (1/8 finalda Polşaya iki, finalda Argentinaya üç qol) vurmağı bacarmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər