İdman
Saşa Plyuşenko: "Beynəlxalq arenada Azərbaycanı təmsil etmək böyük sevincdir"
Gənc fiqurlu konkisürən Aleksandr Plyuşşenko Beynəlxalq Konkisürmə İttifaqının (ISU) ona Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmək icazəsi verməsinə münasibət bildirib. Oxu.Az Sport24-ə istinadən xəbər verir ki, 13 yaşlı idmançı növbəti beş il üçün idman vətəndaşlığını Rusiyadan Azərbaycana dəyişib. "Çox şadam. Hazırlaşacağam və yaxşı çıxış etməyə çalışacağam. Bu, beynəlxalq arenadır, xüsusi emosiyalardır. Maraqlı olacaq. Baxın, mənə azarkeşlik edin", - deyə o bildirib. Aleksandr Plyuşşenkodan atasından beynəlxalq arenada çıxış etməklə bağlı hər hansı məsləhət alıb-almadığı da soruşulub. "Xeyr, elə bir şey yoxdur. Hər şey əvvəlki kimidir. Sadəcə yarışlar beynəlxalqdır", - deyə o cavab verib. Qeyd edək ki, Aleksandr (Saşa) Plyuşşenko məşhur rusiyalı fiqurlu konkisürən Yevgeni Plyuşşenkonun və prodüser Yana Rudkovskayanın oğludur.
Mənbə
oxu.az