Kriminal

Lənkəranda açıq sahədə güclü yanğın başlayıb

04 Jul 2026, 19:08 2 baxış
Lənkəranda açıq sahədə güclü yanğın başlayıb
Lənkəranda magistral yolun kənarında güclü yanğın başlayıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanğın yeni Ələt-Astara magistralında yolun Lənkəran şəhərindən keçən hissəsində başlayıb. Yol kənarında, açıq sahədə olan quru ot örtüyü alovlanıb. Küləkli hava şəraiti səbəbindən alov qısa müddətdə geniş əraziyə yayılaraq magistral yol boyunca sürətlə irəliləyir. Vaxtında təmizlənməyən quru ot kütləsi yanğının daha da genişlənməsinə şərait yaradır. Alovun yolun qarşı tərəfinə keçmə ehtimalı da yüksək qiymətləndirilir. Faktla bağlı əlavə məlumat veriləcək.
{{gallery}}
Lənkəranda açıq sahədə güclü yanğın başlayıb Lənkəranda açıq sahədə güclü yanğın başlayıb Lənkəranda açıq sahədə güclü yanğın başlayıb
Mənbə oxu.az

Oxşar Xəbərlər