İdman

Dünya çempionatının qalibi kim olacaq? - Şanslar dəyişdi

04 Jul 2026, 19:12 1 baxış
Dünya çempionatının qalibi kim olacaq? - Şanslar dəyişdi
Britaniyanın "Opta" analitik şirkətinin superkompüteri 1/8 final mərhələsi ərəfəsində Fransa millisinin 2026-cı il futbol üzrə dünya çempionatında qələbə qazanma şanslarını yenidən qiymətləndirərək artırıb. Oxu.Az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat dərc olunub. Hazırda fransızların turnirdə çempionluq ehtimalı 28.89% olaraq qiymətləndirilir. Qrup mərhələsi başa çatdıqdan sonra bu rəqəm 18.66% təşkil etsə də, Fransa elə o zaman da yekun qələbənin əsas iddiaçısı hesab olunurdu. Liderlərin ilk üçlüyündə Argentina (16.32%) və İspaniya (12.96%) yığmaları da yer alırlar. Qeyd edək ki, 1/16 finaldan sonra argentinalıların şansları bir qədər də artıb (əvvəl 16.26% idi), ispanların titula yiyələnmə ehtimalı isə azalıb (13.47%). Ehtimal edilən qaliblərin onluğuna, həmçinin Braziliya (9.11%), İngiltərə (8.14%), Portuqaliya (5%), Kolumbiya (3.38%), Mərakeş (3.21%), Norveç (2.86%) və Meksika (2.68%) milliləri daxil ediliblər. Xatırladaq ki, 1/8 final oyunları iyulun 4-dən 7-dək keçiriləcək. Bu mərhələnin ilk görüşü şənbə günü Kanada və Mərakeş yığmaları arasında baş tutacaq. Qarşılaşmanın Bakı vaxtı ilə saat 21:00-da başlaması planlaşdırılır. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da yekunlaşacaq. Qeyd edək ki, turnirin son qalibi və hazırkı çempionu Argentina millisidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər