İdman

DÇ-2026: Fransa Paraqvayla oyuna ciddi itki ilə çıxır

04 Jul 2026, 18:02 2 baxış
DÇ-2026: Fransa Paraqvayla oyuna ciddi itki ilə çıxır

DÇ-2026-nın 1/8 final mərhələsi çərçivəsində Paraqvayla üz-üzə gələcək Fransa milli komandası həlledici matça ciddi itki ilə yollanır.


Axar.az "RMC Sport" nəşrinə istinadla xəbər verir ki, komandanın önəmli simalarından olan Orelyen Tçuameni bu vacib qarşılaşmada yığmaya kömək edə bilməyəcək.


Buna səbəb "Real Madrid"in yarımmüdafiəçisinin bud əzələsindən zədələnməsidir. 26 yaşlı futbolçunun bərpa prosesi ilə əlaqədar olaraq təxminən 4-5 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilir.


Qeyd edək ki, Paraqvay - Fransa oyunu Bakı vaxtı ilə saat 01:00-da başlayacaq

Mənbə axar.az

Oxşar Xəbərlər