Digər
Prezident istefa verməlidir, çünki... - Magyar
Macarıstan hökuməti parlamentə 17-ci Konstitusiya Qanununa dəyişiklik layihəsi təqdim edib. Bu dəyişiklik ölkə prezidenti Tamaş Şuyokun istefasını tələb edir.
Axar.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Magyar məlumat verib.
“Bu düzəlişin qəbul edilməsi ilə Respublikanın hazırkı Prezidentinin səlahiyyət müddəti başa çatacaq", - deyə baş nazir bildirib.
Magyarın sözlərinə görə, Şuyok vəzifədə qala bilməz. Çünki o, öz vəzifələrini yerinə yetirə bilməyib və əvvəlki hakimiyyətin sui-istifadə hallarını gözardı edib.
Mənbə
axar.az