Kriminal
Gürcüstanda Fatimə Kərimovanı qətlə yetirən şəxs Türkiyədə saxlanıldı - ÖZƏL
Gürcüstanda azərbaycanlı Fatimə Kərimovanı qətlə yetirməkdə təqsirləndirilən Ağcabədi rayon sakini Emin Əliyev saxlanılıb. Oxu. Az-ın məlumatına görə, qətl hadisəsindən sonra Gürcüstan daxili işlər orqanları E.Əliyev barəsində axtarış elan edib. E.Əliyev Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Məlumata görə, hazırda onun Gürcüstana təhvil verilməsi ilə bağlı işlər aparılır. * Zorla ərə vermək istədilər, sevgilisi ilə Tbilisiyə qaçdı, əmisi oğlu tərəfindən öldürüldü - 21 yaşlı Fatimənin qətlinin DETALLARI * Gürcüstanda öldürülən 21 yaşlı Fatimə Ağcabədidə dəfn edilib - FOTO Qeyd edək ki, Ağcabədi rayon sakini F.Kərimova sevgilisi Kənan Əliyevlə birlikdə Gürcüstana qaçıb. Daha sonra Kənan Əliyev F.Kərimovanın pasportunu cırıb atıb, onun Azərbaycana qayıtmasına mane olub. K.Əliyev hadisədən sonra Azərbaycana qayıdıb. Ölkəsinə qayıda bilməyən F.Kərimova isə Azərbaycanda olan əmisi oğlu E.Əliyevdən kömək istəyib. E.Əliyev Gürcüstana gedərək F.Kərimovu boğaraq qətlə yetirib. O, daha sonra Gürcüstandan Türkiyəyə qaçıb.
Mənbə
oxu.az