İdman
"Formula-1" üzrə Britaniya Qran-prisinin sprint yarışının qalibi məlum oldu
"Formula-1" üzrə dünya çempionatında 9-cu mərhələnin - Britaniya Qran-prisinin sprint yarışı başa çatıb. Oxu.Az xəbər verir ki, əfsanəvi Silverstoun avtodromunda keçirilən yarışda "Mercedes" komandasının pilotu Kimi Antonelli finiş xəttini birinci dəfə keçərək karyerasında ilk sprint qələbəyə sevinib. Pouldan start alan yeddiqat dünya çempionu, "Ferrari"nin sürücüsü Lyuis Hemilton ev yarışını ikinci yerdə bitirib. Daha bir britaniyalı sürücü, "McLaren"dən sonuncu dünya çempionu Lando Norris isə yarışı üçüncü yerdə başa vurub. Bir neçə saatdan sonra Qran-prinin əsas yarışı üçün sıralanma turu keçiriləcək. Mərhələyə sabah baş tutacaq yarışla yekun vurulacaq.
Mənbə
oxu.az