Digər

Fransa Hörmüzə hərbi gəmilərini göndərir

04 Jul 2026, 09:27 1 baxış
Fransa Hörmüzə hərbi gəmilərini göndərir

Fransa Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunmasına dəstək məqsədilə Yaxın Şərqə iki minaaxtaran gəmi, iki freqat və bir dəniz patrul təyyarəsi göndərib.


Axar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkədə paylaşım edib.


O bildirib ki, qüvvələr tərəfdaş ölkələrlə birlikdə boğazda təhlükəsiz naviqasiyanın təmin olunmasına və gəmiçiliyin tam bərpasına dəstək verməyə hazırdır.


Makron əlavə edib ki, ABŞ və İran arasında iyunun 17-də imzalanmış anlaşma memorandumu regional sabitliyin möhkəmlənməsi baxımından mühüm addımdır:


“Bölgədə dəyişən vəziyyət nəzərə alınaraq Fransanın “Şarl de Qoll” təyyarədaşıyan gəmisi Tulondakı bazasına qayıdır, digər hərbi vasitələr isə Yaxın Şərqdə yerləşdirilərək zərurət olduqda əməliyyatlara cəlb ediləcək.


Fransa prezidenti vurğulayıb ki, ölkəsi regiondakı təhlükəsizlik vəziyyətinə uyğun olaraq hərbi mövcudluğunu tənzimləməyə davam edəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər