İdman
Messi Mbappeni geridə qoydu
Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatının (DÇ-2026) ən yaxşı bombardirləri siyahısında liderliyi ələ alıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, 1/16 final çərçivəsində Kabo-Verde yığmasına qarşı keçirilən matçda (əlavə vaxtda 3:2) fərqləndikdən sonra Messinin aktivində 7 qol var. O, eyni mərhələdə İsveçlə oyunda (3:0) dubl edərək turnirdə qollarının sayını 6-ya yüksəldən fransız forvard Kilian Mbappeni geridə qoyub. Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçirilir. Turnir iyulun 19-da başa çatacaq.
Mənbə
oxu.az