Kriminal

"Rənc Rover"dən 11 min manat oğurlayan sürücüyə hökm oxundu

03 Jul 2026, 19:53 1 baxış
"Rənc Rover"dən 11 min manat oğurlayan sürücüyə hökm oxundu

Bakıda sahibkara məxsus "Rənc Rover" markalı avtomobildən təxminən 11 min manat oğurlayan şəxsə hökm oxunub.


Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1992-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuş Röyal Abbasovun Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla oğurluq) ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.


Məlum olub ki, Röyal Abbasov tikinti materiallarının ölkə daxilində daşınması və alqı-satqısı ilə məşğul olan Bəxtiyar adlı sahibkarın avtomobilindən pul oğurlayıb.


Belə ki, sahibkar Abşeron rayonunda - Xırdalan dairəsi yaxınlığında yerləşən restoranda yemək yeyib və bir qədər spirtli içki qəbul etdikdən sonra "Rənc Rover"i ilə evinə getmək istəyib. Sahibkarın tanışı olan Röyal Abbasov ayıq sürücü qismində onu avtomobillə Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən evinə aparıb.


İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bu zaman sahibkara məxsus avtomobildən 3 500 ABŞ dolları və 5 050 manat olmaqla, ümumilikdə təxminən 11 min manat məbləğində pulu gizli yolla talayıb. O, bu əməli törətməsini özünün və anasının banka borcu olması ilə izah edib.


Məhkəmədə zərərçəkmiş bildirib ki, ona vurulmuş ziyan tam ödənilib və Röyal Abbasova qarşı hər hansı şikayət və ya tələbi yoxdur. Məhkəmənin hökmü ilə R.Abbasov 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəzasını elektron nəzarət vasitəsi (elektron qolbaq) altında çəkəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər