Cəmiyyət

Bakının mərkəzi küçəsində piyadalar avtobus zolağında getməyə məcbur olur - VİDEO

03 Jul 2026, 16:12 1 baxış
Bakının mərkəzi küçəsində piyadalar avtobus zolağında getməyə məcbur olur - VİDEO
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışında paytaxtın Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqamətində piyada infrastrukturunun mövcud vəziyyətinə diqqət çəkilib. Bildirilib ki, sözügedən ərazidə piyadaların təhlükəsiz və rahat hərəkəti üçün lazımi şərait yaradılmayıb. Yolun bir hissəsindən həm piyadalar, həm də avtobusların istifadə etməsi insanların həyatı üçün ciddi təhlükə yaradır.

Qeyd edilib ki, hasarın arxasında yerləşən dar cığır uşaq və əlil arabasının hərəkəti üçün yararsızdır. Hətta piyadaların belə həmin hissədən rahat keçməsi çətinlik yaradır. Yolun əks tərəfində yerləşən səki isə qısa olduğundan funksional deyil. Buraxılışda ərazidəki asfalt örtüyünün də yararsız vəziyyətdə olduğu vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər