Kriminal
Şəkidə beş nəfəri it dişləyib: Son durumları açıqlandı
Şəkidə sahibsiz itin hücumuna məruz qalan şəxslərin vəziyyəti açıqlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 2-də saat 21:00-dan başlayaraq it dişləməsi səbəbi ilə beş nəfər (dörd kişi, bir qadın) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib. "Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib və quduzluq əleyhinə vaksin tətbiq edilib. Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərə həkim nəzarətində peyvənd kursunu davam etdirmələri tövsiyə olunaraq ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib. Əzizə İsmayılova Şəkidə biri azyaşlı olmaqla beş nəfəri küçə iti dişləyib. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Şəkinin "Dodu məhəlləsi" adlanan ərazisində baş verib. Belə ki, küçə iti 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşlı Nicat Abdulrəhimov və 5 yaşlı Alparslan Əliyevə hücum edərək xəsarət yetirib. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, məlumata görə, azyaşlının vəziyyəti ağır qiymətləndirilir.
Mənbə
oxu.az