Kriminal

Bakıda avtobus ağaca çırpıldı: 10-dan çox yaralı var - VİDEO

03 Jul 2026, 12:20 23 baxış
Bakıda avtobus ağaca çırpıldı: 10-dan çox yaralı var - VİDEO
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində marşrut avtobusu ağır qəza törədib. Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 113 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "Karsan" markalı avtobus yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə, sürücü və avtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 1-də saat 10:30-da 11 nəfər (5 qadın, 6 kişi olmaqla) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər