Digər
Rusiyada məmurların olduğu avtomobil partladıldı
Rusiyanın Kursk vilayətində rayon administrasiyasının əməkdaşlarını daşıyan avtomobil partladılıb.
Axar.az xəbər veirr ki, bu barədə Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn məlumat verib.
Məlumata görə, partlayış Rılsk rayonunun mərkəzində məsafədən idarə olunan partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Hadisə zamanı rayon rəhbəri Vladimir Kovalçuk qəlpə yaraları alıb. Avtomobili idarə edən təsərrüfat xidmətinin rəhbəri Sergey Besedin də qarın və bud nahiyəsindən qəlpə yaraları alıb.
Bildirilib ki, partlayış nəticəsində rayonun mədəniyyət idarəsinin rəhbəri və mülki müdafiə şöbəsinin əməkdaşı da xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Mənbə
axar.az