İdman
"Napoli"nin yeni baş məşqçisi bəlli oldu
Massimiliano Alleqri İtaliyanın "Napoli" klubunun baş məşqçisi postuna gətirilib. Oxu.Az xəbər verir ki, bu barədə Neapol klubu rəsmi məlumat yayıb. 58 yaşlı italiyalı mütəxəssislə üçillik müqavilə bağlanılıb. Qeyd edək ki, təcrübəli çalışdırıcı ötən mövsüm "Milan"a rəhbərlik edib. Xatırladaq ki, Alleqrinin "Napoli"yə gətiriləcəyi barədə xəbər hələ mayın sonunda yayılmışdı.
Mənbə
oxu.az