Kriminal

Bakıda 62 yaşlı kişi zəhərlənmədən öldü

03 Jul 2026, 10:36 2 baxış
Bakıda 62 yaşlı kişi zəhərlənmədən öldü
Bakıda kimyəvi məhlul içən 62 yaşlı kişi xəstəxanada ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib. İyunun 14-də Sabunçu qəsəbə sakini 1964-cü il təvəllüdlü Yaşar İmran oğlu Rzayev yaşadığı evdə kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, o, iyulun 2-si ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər