Kriminal
Bakıda 79 yaşlı kişi evində yıxılıb öldü
Bakıda 79 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu Ə.Əliyev küçəsindəki mənzildə baş verib. Həmin mənzildə yaşayan 1947-ci il təvəllüdlü Əmralı Şirəli oğlu Şirəliyev evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş Ə.Şirəliyev orada ölüb.
Mənbə
oxu.az