Cəmiyyət

Bəzi hallarda nikahın pozulmasına icazə verilmir - Qanun nə deyir? - VİDEO

03 Jul 2026, 06:00 1 baxış
Bəzi hallarda nikahın pozulmasına icazə verilmir - Qanun nə deyir? - VİDEO
Azərbaycan qanunvericiliyi bəzi hallarda nikaha xitam verilməsi ilə bağlı hərəkətləri qadağan edir. Oxu.Az-ın "Qanun nə deyir" rubrikasının bugünkü mövzusu nikaha xitam verilməsini qadağan edən amillərlə bağlıdır.

Ailə Məcəlləsinin müvafiq maddəsində qeyd olunur ki, ər arvadının razılığı olmadan onun hamilə olduğu dövrdə, eləcə də uşaq doğulduqdan sonra bir il ərzində nikahın pozulmasını tələb edə bilməz. Bu məhdudiyyət ana və körpənin hüquq və mənafelərinin qorunması məqsədi daşıyır. Lakin həmin müddətdə qadın özü nikaha xitam verilməsi üçün müraciət etmək istəyərsə, qanun buna mane olmur. Yəni qadağa yalnız ərin təşəbbüsü ilə və qadının razılığı olmadıqda tətbiq edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər