Kriminal
Azərbaycanda bəzi dövlət qurumları LƏĞV OLUNDU
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib. Oxu.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Məlumata görə, agentliyin ləğv olunan yol istismar şirkətləri aşağıdakılardır: "Bakı 1 №-li Yol İstismarı" MMC - direktoru Zaur Həmzəyev; "Bakı 5 №-li Yol İstismarı" MMC - direktoru İntiqam Hüseynov; "Bakı 6 №-li Yol İstismarı" MMC - direktoru Tural Dəmirli; "Bakı 7 №-li Yol İstismarı" MMC - direktoru Müşviq İmranov; "Bakı 8 №-li Yol İstismarı" MMC - direktoru Cabir Qurbanov; "Bakı 9 №-li Yol İstismarı" MMC - direktoru Natiq İsmayılov; "Bakı 10 №-li Yol İstismarı" MMC - direktoru Elman Cavadi; "1 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC - direktoru Etibar Kərimov; "17 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC - direktoru Şahin Süleymanov; "18 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC - direktoru Camal Sadıxov. Xatırladaq ki, daha əvvəl 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib.
Mənbə
oxu.az