Digər

Məşhur türkiyəli komediya ustası saxlanıldı

02 Jul 2026, 14:44 1 baxış
Məşhur türkiyəli komediya ustası saxlanıldı

"Ölü Dəniz" adlı stendap şousu ilə ölkə gündəmində səs-küy yaradan komediyaçı Dəniz Göktaş xarici səfərdən Türkiyəyə qayıdarkən saxlanılıb.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.


Bildirilib ki, komediya ustası "əhalinin bir qisminin mənimsədiyi dini dəyərləri açıq şəkildə təhqir etmək" maddəsi ilə ittiham edilir.


İstintaqın sosial şəbəkələrdə yayılan şou görüntüləri və səsləndirilən fikirlər əsasında bilavasitə başlanıldığı, hüquqi prosesin isə İstanbul Respublika Baş Prokurorluğunun nəzarəti altında davam etdiyi qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər