Cəmiyyət

AAYDA-ya məxsus bu idarələr ləğv olundu

02 Jul 2026, 15:38 2 baxış
AAYDA-ya məxsus bu idarələr ləğv olundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib.


Axar.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub.


Agentliyin ləğv olunduğunu elan etdiyi yol istismar şirkətləri aşağıdakılardır:


“Bakı 1 №-li Yol İstismarı” MMC – direktoru Zaur Həmzəyev,


“Bakı 5 №-li Yol İstismarı” MMC – direktoru İntiqam Hüseynov,


“Bakı 6 №-li Yol İstismarı” MMC – direktoru Tural Dəmirli,


“Bakı 7 №-li Yol İstismarı” MMC – direktoru Müşviq İmranov,


“Bakı 8 №-li Yol İstismarı” MMC – direktoru Cabir Qurbanov,


“Bakı 9 №-li Yol İstismarı” MMC – direktoru Natiq İsmayılov,


“Bakı 10 №-li Yol İstismarı” MMC – direktoru Elman Cavadi,


“1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Etibar Kərimov,


“17 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Şahin Süleymanov,


“18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Camal Sadıxov.


Xatırladaq ki, daha əvvəl 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib.

Mənbə axar.az

Oxşar Xəbərlər