Cəmiyyət
Qubada sel suları körpünü yararsız hala salıb: Sakinlər təhlükə ilə üz-üzə - VİDEO
Quba rayonunun Qəçrəş kəndində yerləşən körpünün sel suları tərəfindən yuyulması sakinlərin gediş-gəlişində ciddi çətinlik yaradıb. Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Paylaşılan kadrlarda sel sularının körpünün dayaqlarına ziyan vurduğu, nəticədə onun yararsız vəziyyətə düşdüyü görünür. Bildirilib ki, hazırda körpüdə hərəkət etmək təhlükəli olduğundan sakinlər narahatlıq keçirirlər. Onlar problemin qısa zamanda aradan qaldırılması və körpünün təhlükəsiz vəziyyətə gətirilməsi üçün aidiyyəti qurumların tədbir görməsini istəyirlər. Oxu.Az-ın sorğusuna cavab olaraq Quba Rayon İcra Hakimiyyətindən fakt təsdiqlənib. Bildirilib ki, sözügedən körpü çayın bənd tərəfində onu keçmək üçün olan kiçik bir körpüdür. "Leysan yağışları zamanı gələn sel belə bir vəziyyət yaradıb. Tək o körpü deyil, yağışlar zamanı dəyən bütün ziyana müvafiq qurumlar tərəfindən baxılıb və fəsadların aradan qaldırılması işləri aparılır. Qarşıdakı vaxtda mərhələli şəkildə fəsadlar aradan qaladırılacaq, o cümlədən bu körpüyə dəyən ziyan da", - deyə məlumatda qeyd olunub.

Mənbə
oxu.az