Digər
ABŞ məhsullarını ala bilərik - İranlı nazir
Amerika şirkətləri uyğun təkliflər verərsə, təbii ki, ticarət əməliyyatlarının həcmi arta bilər.
Axar.az xəbər verir ki, bunu İran kənd təsərrüfatı naziri Qulamrza Nuri Qızılca deyib.
O bildirib ki, əsas prinsip məhsulların keyfiyyət və qiymətidir.
Qızılca bununla yanaşı ticari mübadilələrdə daha çox dost və həmrəy ölkələrə, xüsusən də çətin şəraitdə İrana dəstək olan dövlətlərə üstünlük verilməli olduğunu da qeyd edib.
Mənbə
axar.az