Digər
ABŞ antidron sistemləri üçün yarım milyardlıq saziş imzaladı
Pentaqon PUA-ya qarşı mübarizə sistemlərinin alınması üçün 500 milyon dollarlıq müqavilə imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
“Kaliforniyanın Simi Valli şəhərində yerləşən “AeroVironment” şirkəti PUA-ya qarşı mübarizə vasitələri və kiçik ölçülü PUA-lara qarşı müdafiə sistemlərinin tədarükü üçün 500 milyon dollar məbləğində müqavilə imzalayıb”, - məlumatda deyilib.
Qeyd edək ki, “AeroVironment” PUA və antidron sistemləri üzrə ixtisaslaşmış böyük ABŞ müdafiə podratçısıdır.
Mənbə
axar.az